Rusiyada koronavirusdan ölənlərin sayı 286 nəfər artdı
15 oktyabr 2020 11:45 (UTC +04:00)

Rusiyada koronavirusdan ölənlərin sayı 286 nəfər artdı

Rusiyada son sutka ərzində daha 13 754 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 354 163 nəfərə çatıb.

Son sutka ərzində 286 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 23 491 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601
avatar

Oxşar yazılar