Rusiyada koronavirusa yoluxma hallarının sayı 253-ə çatıb. Ölkənin 9 bölgəsində 54 yeni yoluxma hadisəsi qeydə alınıb. 12 nəfər sağalaraq xəstəxanadan buraxılıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusun qarşısının alınması və nəzarət üzrə Əməliyyat Qərargahı məlumat yayıb.
Bildirilib ki, sutka ərzində Moskvada 33 koronavirusa yoluxma təsdiqlənib Ümumilikdə isə paytaxtda 131 yoluxma aşkarlanıb. Bundan əlavə, qərargahdan verilən məlumata görə, Yakutiyada 6, Sankt-Peterburqda və Samara vilayətində 4, Kirov və Novosibirsk bölgələrində 2, Moskva, Ulyanovsk və Tümen bölgələrində 1 yeni yoluxma aşkarlanıb.
Yoluxanlar arasında Avropadan gələn iki azyaşlının olduğu bildirilir.
Qeyd edək ki, son gün ərzində 7 nəfər sağalaraq xəstəxanadan buraxılıb.