Rusiyada koronavirusa gündəlik yoluxma sayı 16 mini ötdü
20 oktyabr 2020 15:01 (UTC +04:00)

Rusiyada koronavirusa gündəlik yoluxma sayı 16 mini ötdü

Rusiyada son sutka ərzində daha 16 319 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 431 635 nəfərə çatıb.

Son sutka ərzində 269 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 24 635 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778
avatar

Oxşar yazılar