Rusiyada koronavirus daha 114 nəfəri öldürdü
14 avqust 2020 11:41 (UTC +04:00)

Rusiyada koronavirus daha 114 nəfəri öldürdü

0

Rusiyada son sutka ərzində daha 5 065 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 912 823 nəfərə çatıb.

Son sutka ərzində 114 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 15 498 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1745

Oxşar yazılar