Rusiyada son sutka ərzində daha 5 241 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 877 135 nəfərə çatıb.
Son sutka ərzində 119 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 725 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.