Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən yaşayış evində silahlı insident olub, 4 nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, kişi keçmiş sevgilisini, onun anasını və övladını qətlə yetirib.
Həmin şəxs hadisəni törədəndən sonra intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı cinayət işi başlanılıb.