Rusiya hüquq-mühafizə orqanları qətl törətməkdə təqsirli bilinən Ermənistan vətəndaşını beynəlxalq axtarışa verib.
APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, 1980-ci ildə anadan olan Ermənistan vətəndaşı Artak Ulikhanyan Rusiya ərazisində qətl törətməkdə təqsirli bilinir.
Həmin şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və onların saxlanması ilə bağlı İnterpola müraciət edilib.