Qonşu ölkədə epidemiyanın İKİNCİ DALĞASI başladı
04 iyun 2020 12:12 (UTC +04:00)

Qonşu ölkədə epidemiyanın İKİNCİ DALĞASI başladı


İranın Gilan əyalətində koronavirus (COVID-19) epidemiyasının ikinci dalğası başlayıb. APA-ın Tehran bürosunun məlumatına görə, bunu əyalətin Tibb Universitetinin rektoru  Ərslan Salari deyib. 

Ə. Salari bildirib ki, ötən bir neçə gündə Gilan əyalətində ictimai yerlərdə məsafənin qorunmaması koronavirusa yoluxanların sayının artmasına səbəb olub: “Sayın artması göstərir ki, əyalətdə epidemiyanın ikinci dalğası başlayıb və virusla mübarizənin yeganə yolu gigiyena, sosial məsafə və digər qaydalara əməl etməkdir”.  

O, əyalətdə yoluxanların və ölənlərin sayını açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9283
avatar

Oxşar yazılar