Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev saxlanılıb.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə onun partiyası məlumat verib.
Daha əvvəl sabiq prezidentin Bişkekin 20 kilometrliyində yerləşən evinin xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındığı bildirilmişdi.