Putin nəvələri ilə nadir hallarda əlaqə saxladığını dedi
21 iyun 2020 14:41 (UTC +04:00)

Putin nəvələri ilə nadir hallarda əlaqə saxladığını dedi

Rusiya prezidenti Vladimir Putin boş vaxtlarında nə etdiyindən danışıb.

APA “RİA Novosti”yə istinadən bildirir ki, o, boş vaxtı olduqda idmanla məşğul olduğunu və ya musiqi dinlədiyini söyləyib:

“Boş vaxtlarımda ya idmanla məşğul oluram, ya kitab oxuyuram, ya da musiqi dinləyirəm”.

Putin nəvələri ilə nadir hallarda əlaqə saxladığını da bildirib:

"Nadir hallarda, amma əlbəttə ki, onlarla əlaqə qururam".

Qeyd edək ki, Rusiya Prezidentinin geniş müsahibəsi bu gün axşam “Rossiya 1”  

televiziya kanalında nümayiş etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6388
avatar

Oxşar yazılar