Piyadalara smartfondan istifadə qadağan edildi - Yaponiyada
04 iyul 2020 15:18 (UTC +04:00)

Piyadalara smartfondan istifadə qadağan edildi - Yaponiyada

Yaponiyanın Yamato şəhərində piyadalara smartfondan istifadə qadağan edilib. Bu davranış təhlükəli hesab edilir.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, indi yaponlar küçədə və hətta parkda gəzinti zamanı telefonlara baxa bilməz. Təxminən 240 min sakin bu təşəbbüsü dəstəkləyib. Piyadalar üçün smartfon qadağası haqqında xəbərdarlıq şəhər vağzalında səsgücləndiricilər vasitəsilə elan edilir. Hələ ki qaydanı pozanlara qarşı hansı cəzanın tətbiq ediləcəyi məlum deyil.

Yamatonun bəzi sakinlərinin fikrincə, qadağa qoyulmasına bəlkə də ehtiyac yox idi, sadəcə, insanlara daha ehtiyatlı olmağı məsləhət etməklə problemi həll etmək olardı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4207
avatar

Oxşar yazılar