Paşinyan və xanımı koronavirusa görə karantinə alınıblar
14 mart 2020 01:01 (UTC +04:00)

Paşinyan və xanımı koronavirusa görə karantinə alınıblar

 

Ermənistanın Baş Naziri Nikol Paşinyan və xanımı koronavirusa yoluxma şübhəsi ilə əlaqədar karantindədirlər.

APA-nın "Armradio"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş Naziri "Facebook"da canlı yayım edərkən deyib.

O bildirib ki, sabah yoxlanışdan keçəcək. Baş Nazirin Sevandakı iqamətgahında olduğu bildirilib. Karantinin səbəbi onun xanımının ötən həftə Braziliya Prezidentinin xanımı ilə görüşməsi ilə əlaqədardır.

Qeyd edək ki, bu gün Braziliya mətbuatı Prezident Jair Bolsonarunun koronavirusa yoluxması barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3476
avatar

Oxşar yazılar