Netanyahunun məsləhətçisində COVID-19 aşkarlandı
30 mart 2020 06:21 (UTC +04:00)

Netanyahunun məsləhətçisində COVID-19 aşkarlandı

 

İsrailin Baş Nazirinin ultraortodoksal icmasının işləri üzrə köməkçisi Rivka Palux yeni növ koronavirusa yoluxub.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” portal xəbər yayıb.

Məlumata görə, 64 yaşlı Palux əri bu diaqnozla xəstəxanaya yerləşdirildikdən sonra özü də müayinədən keçmək məcburiyyətində qalıb. Qadın cümə axşamı hökumət başçısı ilə də əlaqədə olub, ancaq Netanyahu administrasiyası onların görüşü zamanı lazımi məsafənin qorunduğunu vurğulayıb. Bildirilir ki, Netanyahu Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq 14 gün karantində qalmalı ola bilər.

Paluxun vəziyyəti barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1171
avatar

Oxşar yazılar