Mərakeşli YouTuber ölkə rəhbərini təhqir etdiyinə görə həbs edilib
28 dekabr 2019 05:42 (UTC +04:00)

Mərakeşli YouTuber ölkə rəhbərini təhqir etdiyinə görə həbs edilib

 

Mərakeşli YouTuber Məhəmməd Sekkaki 4 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda o, təxminən 4 min ABŞ dolları cərimə edilib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, buna səbəb onun ölkə rəhbəri kral VI Məhəmmədi təhqir etməsi olub.

 Sekkaki çıxışlarından birində Mərakeş monarxını heyvana bənzətdiyi bildirilir. 

Videoları ilə on minlərlə insanın rəğbətini  qazanan YouTuber hazırda məhkəmənin hökmündən şikayət etməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965

Oxşar yazılar