Moskvada son sutkada koronavirusdan 57 nəfər ölüb
15 oktyabr 2020 06:10 (UTC +04:00)

Moskvada son sutkada koronavirusdan 57 nəfər ölüb

Moskvada son sutka ərzində koronavirusdan 57 nəfər dünyasını dəyişib.

APA “qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 5796 nəfərə çatıb.

Qeyd edək ki, ümumilikdə şəhərdə 344 004 koronavirusa yoluxma hadisəsi aşkar edilib, onlardan 266 470 nəfər sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628
avatar

Oxşar yazılar