Moskvada son sutkada koronavirusa yoluxanların yarıdan çoxunun yaşı 45-ə qədərdir.
Lent.az Lenta.ru-ya istinadla bildirir ki, virusa yoluxan uşaqların sayı isə bu müddətdə 29 nəfər artaraq 17-dən 46-ya çatıb.
Moskvada son sutkada koronavirusa yeni yoluxan 267 nəfərdən 117-nin yaşı 18-dən 45-ə qədərdir. Yaşı 46-dan 65-ə qədər olanlar 87 nəfərdir. Qalan 34 nəfərin yaşı 65-dən, 12-sinin yaşı 80-dən yuxarıdır.
Rusiyada isə son sutkada 440 yoluxma qeydə alınıb ki, bunun yarıdan çoxu Moskvanın payına düşür. Ölkədə yoluxanların ümumi sayı 2777-yə çatıb. Bir gündə 7 nəfər ölüb, beləliklə, koronavirusa görə həyatını itirənlərin sayı 24-ə çatıb.