Belarus prezidenti Aleksandr Lukaşenko koronavirusa yoluxmamaq üçün bir neçə məsləhət verib.
Lent.az Lenta.ru-ya istinadla bildirir ki, Belarus liderinin fikrincə, əlləri tez-tez yumaq, vaxtında səhər yeməyi, nahar və şam yeməyi yemək lazımdır.
“Mən içki içən deyiləm, lakin son zamanlar zarafatla deyirəm ki, araqla təkcə əlləru yumaq lazım deyil”, - bunu deyən Lukaşenko təklif edib ki, gündə 40-50 qram araq içməklə virusu “zəhərləmək” pis olmazdı.
Lukaşenko onu da əlavə edib ki, araq içməyi iş vaxtı reallaşdırmaq olmaz.
Müxtəlif vəzifəli məmurlarla görüşdə tövsiyələrini açıqlayan Belarus lideri onlara saunaya getməyi də məsləhət görüb: “Əgər həftədə iki-üç dəfə saunaya getsəniz, bu da faydalıdır”.