Livanda daha bir nazir istefa verdi
10 avqust 2020 08:00 (UTC +04:00)

Livanda daha bir nazir istefa verdi

Livanın Ətraf mühit və inzibati inkişaf naziri Damianos Kattar bazar günü rəsmi olaraq istefa verib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə "Lebanon 24" telekanalı məlumat yayıb.

Nazir hadisə zamanı ölənlərin və itkin düşənlərin ailələri ilə həmrəylik əlaməti olaraq vəzifəsindən istefa verdiyini açıqlayıb. O bildirib ki, ölkədə sistemin bütün mexanizmləri köhnəlib və bir çox imkanlar əldən verilir. 

Qeyd edək ki, D.Kattar Beyrutda baş vermiş partlayışla əlaqədar vəzifəsindən istefa verən ikinci nazirdir. Ondan əvvəl İnformasiya naziri Manal Abdel Səməd bu addımı atmışdı. 

Hökumətin sayca ikinci nazirinin istefasından sonra Baş nazir Həsən Diab ümumi vəziyyəti müzakirə etmək üçün təcili kabinetin iclasını çağırdığı bildirilir. İclasın nəticələri barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1795
avatar

Oxşar yazılar