Kosmik gəmi üçün biletin qiyməti  - AÇIQLANDI
01 noyabr 2019 19:24 (UTC +04:00)

Kosmik gəmi üçün biletin qiyməti - AÇIQLANDI

"SpaceX" şirkətinin Marsa uçuşlar üçün hazırladığı "Spaceship" kosmik gəmisi Yer kürəsi hüdudlarında da uçuşlar həyata keçirəcək.

Lent.az "ictnews"a istinadla xəbər verir ki, şirkətin rəhbəri İlon Maskın sözlərinə görə, "Starship" raketi vasitəsilə dünyanın iri şəhərləri arasında uçuş müddətini azaltmaq mümkün olacaq. Belə ki, London və Honkonq arasında hazırda təxminən 12 saat davam edən reys 32 dəqiqəyədək azalacaq.

Beynəlxalq Astronavtika Konqresində çıxış edən "SpaceX" prezidenti Qvinn Şotvell şirkətin "Spaceship" kosmik gəmisini 2020-ci ilədək Aya göndərməklə planlarını açıqlayıb, eləcə də jurnalistlərin suallarını cavablandırıb.

O, Yer kürəsi hüdudlarında uçuşları "SpaceX" üçün "ikinci dərəcəli sənaye" adlandıraraq bildirib ki, bilet üçün qiymətlər təyyarənin ekonom sinfindən baha, biznes sinfindən isə ucuz olacaq.

Bu, ümumilikdə İ.Maskın 2017-ci ildə səsləndirdiyi bəyanatla üst-üstə düşür. Onun sözlərinə görə, "BFR" (Starship gəmisinin əvvəlki adı) ilə uçuş üçün biletin qiyməti adi təyyarədə ekonom siniflə eyni olacaq. Analitiklər tərəfindən o vaxt aparılan hesablamalara görə, ekonom siniflə Londondan Nyu-Yorka uçuş 1500 dollar, biznes siniflə 11 min dollar təşkil edir.

Bu barədə daha dəqiq məlumat "Starship" kosmik gəmisi üzərində iş sona yaxınlaşanda açıqlanacaq. Şirkətin planlarına görə, gəmi 2021-ci ildə ilk peykləri orbitə göndərəcək, 2023-cü ildə turistləri Ay ətrafında gəzdirəcək, 2050-ci ildə Marsda şəhər tikməyə başlayacaq. Sentyabrda İ.Mask kosmik gəminin prototipini və onun poladdan olan daxili quruluşunu nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1268

Oxşar yazılar

ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

9 may 2025 , 03:27
İranda xanım teleaparıcı öldürüldü 

İranda xanım teleaparıcı öldürüldü 

8 may 2025 , 23:50
Yeni Papanın kimliyi məlum oldu - VİDEO  - YENİLƏNİB

Yeni Papanın kimliyi məlum oldu - VİDEO - YENİLƏNİB

8 may 2025 , 21:26
Rusiya Ukraynada müharibəni DAYANDIRDI

Rusiya Ukraynada müharibəni DAYANDIRDI

8 may 2025 , 14:55
Tələbə universitetə balta ilə HÜCUM ETDİ:  qadının başını kəsdi

Tələbə universitetə balta ilə HÜCUM ETDİ: qadının başını kəsdi

8 may 2025 , 13:45
İngiltərədə 5 iranlı terrora görə  TUTULDU

İngiltərədə 5 iranlı terrora görə TUTULDU

8 may 2025 , 13:03
Pakistanda bir neçə partlayış  baş verdi

Pakistanda bir neçə partlayış baş verdi

8 may 2025 , 07:54
Dəhşətli avtobus qəzası 12 can aldı

Dəhşətli avtobus qəzası 12 can aldı

8 may 2025 , 06:55