Belçikanın xarici işlər naziri Sofi Vilmes koronavirusa yoluxaraq reanimasiyaya düşüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, mütəxəssislərin müalicəsini nəzarətdə saxlaması üçün nazir intensiv terapiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini stabil qiymətləndirir.
Vilmasa oktyabrın 17-də COVID-19 testinin cavabının müsbət olduğunu deyiblər. O, özünün Twitter səhifəsində çox güman ki, ailə daxilində yoluxduğunu yazıb.