İranda ötən sutka ərzində 187 nəfər koronavirusdan (COVID-19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 26567 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3552 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 464596 nəfərə yüksəlib.
O əlavə edib ki, İranda indiyədək 385264 nəfər koronavirusdan sağalıb.