Karantinə etiraz etdilər, saxlanıldılar
26 aprel 2020 07:12 (UTC +04:00)

Karantinə etiraz etdilər, saxlanıldılar

Şənbə günü Almaniyanın paytaxtı Berlin şəhərində koronavirusla əlaqədar tətbiq olunan məhdudiyyətlərə etiraz edən 100-dən çox insan polis tərəfindən saxlanılıb. 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Die Welt” nəşri məlumat yayıb.

Karantin rejiminə etiraz edən minə yaxın insanın Berlinin mərkəzində yerləşən “Rosa Lüksemburq” meydanına toplaşdığı bildirilib. Yerli vaxtla gecə saat 3 radələrində 200 polis əməkdaşı etirazçıların mitinqinin qarşısını almaq üçün meydana aparan küçələrdə maneələr qurub. Asayiş keşikçiləri səsgücləndiricilər vasitəsilə nümayişçiləri meydandan dağılışmağa çağırıb.

Etirazçılar sərt şəkildə polislərdən "sosial məsafəni qorumağı" tələb edərək, pandemiya ilə əlaqədar Berlində tətbiq edilən məhdudiyyətlərin digər ölkələrdən daha sərt olunduğunu bildiriblər. 

Həmin gün təxminən, 500 nəfərin iştirakı ilə Ştutqartda da analoji etirazlar keçirilib. 

Xatırladaq ki, “Der Tagesspiegel” nəşrinin verdiyi məlumata görə, Berlində 5607 nəfər koronavirusa yoluxub, 123 nəfər ölüb, 4508 nəfər sağalıb. Almaniyada virusa yoluxanların ümumi sayı 156059 nəfər, ölənlərin sayı isə 5843 nəfərdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1940
avatar

Oxşar yazılar