İtalyan həkimlər COVID-19-un müalicəsi məqsədilə yeni preparatın sınağına başlayırlar
18 mart 2020 08:19 (UTC +04:00)

İtalyan həkimlər COVID-19-un müalicəsi məqsədilə yeni preparatın sınağına başlayırlar

 

İtalyan həkimlər təcrübə terapiyası çərçivəsində koronavirusun yeni növünün müalicəsi məqsədilə revmatoid artritdən preparat qəbuluna başlayacaqlar.

APA “Rai News 24” telekanalına istinadən xəbər verir ki, bunu İtaliya Farmasevtika Agentliyinin direktoru Nikola Maqrini ölkənin Mülki Müdafiə Departamentinin ənənəvi mətbuat konfransında bildirib.

“Biz revmatoid artritdən preparat qəbulunun başlandığını elan edə bilərik və ilkin nəticələr ümidvericidir. Tədqiqat dərmanın təsirini araşdıracağımız 330 xəstəni əhatə edəcək”, - Maqrini belə deyib.

Mütəxəssisin sözlərinə görə, preparat virusa səbəb olan iltihab effektini aşağı salır.

Buna qədər yerli KİV Neapolda bir qrup həkimin antirevmatik dərmanların müsbət təsirini qeydə aldıqları barədə xəbər vermişdi.

Maqrini bu cür terapiyanın artıq eksperimental formada istifadə edildiyini də bildirib: “İndi biz növbəti mərhələyə keçirik, yəni süni tənəffüs cihazlarına qoşulmuş, lakin çox da ağır olmayan 330 xəstənin terapiyası əsasında sistematik məlumatlar toplayırıq”.

Qeyd edək ki, koronavirus epidemiyasının mərkəzi Çinin Uhan şəhərində işləmək təcrübəsi olan bir qrup çinli mütəxəssis artıq İtaliyaya gəlib. İtaliyanın Xarici İşlər naziri Luici Di Mayo Çindən başqa bir qrup həkimlərin də Milana gələcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1349
avatar

Oxşar yazılar