İtaliyada bir gündə təxminən 350 nəfər koronavirusun qurbanı olub
18 mart 2020 01:28 (UTC +04:00)

İtaliyada bir gündə təxminən 350 nəfər koronavirusun qurbanı olub

 

İtaliyada son sutka ərzində yeni növ koronavirusun yaratdığı xəstəlik nəticəsində ölənlərin sayı 345 təşkil edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli açıqlamasında deyib.

Onun sözlərinə görə, ilk yoluxma halının qeydə alındığı dövrdən bəri ümumilikdə 2,5 mindən çox insan bu virusun qurbanına çevrilib.

“Müalicə olunanların sayı təxminən 3 min nəfərə çatıb. Ölkədə ümumilikdə virasu yoluxan 26062 insandan 2060 nəfəri intensive terapiya şöbəsində müalicə olunur”, - Borrelli belə deyib.

Ölənlərin sayının 120 olduğu Lombardiya bölgəsinin məlumatlarına görə, İtaliyanın digər bölgələrində də ölənlərin sayı artır. İnfeksiyaya yoluxmanın tempi hələ ki azalmır. Pandemiyanın başlanğıcından bu yana yoluxanların sayı 31,5 minə çatıb, bundan əvvəl 27980 nəfərin yoluxduğu bildirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903
avatar

Oxşar yazılar