İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, sabiq Xarici İşlər naziri Əli Əkbər Vilayəti koronavirusa yoluxub.
APA-nın Tehran bürosunun məlumatına görə, ötən gün Ə. Vilayətidə koronavirusun əlamətləri müşahidə olub və o, karantinə alınıb.
Ev şəraitində müalicə olunan Ə. Vilayəti özünü yaxşı hiss edir.