İranın Qərbi Azərbaycan əyalətində zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 14:12-də Qərbi Azərbaycan əyalətinin Zərabad bölgəsində 4.2 bal gücündə qeydə alınıb.
Zəlzələ nəticəsində xəsarət alan və zəlzələnin vurduğu ziyan barədə məlumat verilməyib.