İranda koronavirusdan ölənlərin sayı artdı
15 avqust 2020 15:11 (UTC +04:00)

İranda koronavirusdan ölənlərin sayı artdı

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 161 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 19 412 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2245 yoluxma halı qeydə alınıb, COVID-19-a yoluxanların ümumi sayı 341 070 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 295 630 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 911 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1972
avatar

Oxşar yazılar