İranda koronavirusdan ölənlərin sayı 32 mini ötdü
24 oktyabr 2020 15:52 (UTC +04:00)

İranda koronavirusdan ölənlərin sayı 32 mini ötdü

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 335 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 32 320 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda son sutka ərzində 5 814 nəfər koronavirusa yoluxub. Beləliklə İranda COVID-19-a yoluxanların sayı 562 705 nəfərə yüksəlib.

O qeyd edib ki, İranda indiyədək 450 891 nəfər koronavirusdan sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820
avatar

Oxşar yazılar