Gürcüstanda koronavirusdan ilk ölüm halı qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Tbilisi Dövlət Tibb Universtetinin Birinci Universitet Klinikasının direktoru Levan Ratiani bildirib.
L. Ratianinin sözlərinə görə, vəfat edən xəstə 79 yaşlı qadındır.
Ölən şəxsin Kvemo-Kartli regionundan olduğu və martın 31-də xəstəxanaya yerləşdirildiyi bildirilib.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. Hazırada yoluxma təsdiqlənmiş şəxslərin sayı 156 nəfərdir, onlardan 28-nin sağaldığı bildirilir. Ölkə üzrə 5526 nəfər isə karantində saxlanılır.