Gürcüstan xarici turistləri qəbul edəcək: tarix açıqlandı
07 may 2020 14:37 (UTC +04:00)

Gürcüstan xarici turistləri qəbul edəcək: tarix açıqlandı


Gürcüstan iyulun 1-dən xarici turistlərin qəbuluna başlaya bilər. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında bildirib. 

O qeyd edib ki, həmin tarixdən etibarən Gürcüstan xarici turistlərin qəbuluna tam hazır olacaq və bu sahədə artıq qonşu ölkələrlə müzakirələrə başlanılıb.

“Biz qonşu ölkələrlə təhlükəsiz dəhlizlərin yaradılması istiqamətində iş aparırıq. Bu sahədə danışıqlara artıq başlanılıb”, - deyə baş nazir bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6846
avatar

Oxşar yazılar