FED baza faiz dərəcəsində ciddi endirim etdi
16 mart 2020 01:28 (UTC +04:00)

FED baza faiz dərəcəsində ciddi endirim etdi

 

ABŞ-ın Mərkəzi Bankı səlahiyyətlərini icra edən Federal Ehtiyat Sistemi (FED) koronavirus səbəbindən yarana biləcək risklərlə mübarizə üçün baza faiz dərəcəsini, demək olar ki, sıfıra endirib.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Açıq Bazarlarda Əməliyyat üzrə Federal Komitənin yaydığı açıqlamada bildirilir.

"Koronavirusun fəsadları qısa müddətdə iqtisadi fəallığa təsir göstərəcək və bu, iqtisadi perspektivlər üçün təhlükə yaradır. Hadisələrin belə inkişaf etməsi fonunda komitə federal fond dərəcəsinin hədəf səviyyəsini 0-0,25%-ə endirmək qərarına gəlib", - deyə açıqlamada qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1221
avatar

Oxşar yazılar