Ermənistandakı “Nork” xəstəxanasında koronavirusa yoluxan xəstə ölüb.
Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, bu barədə özünün “Facebook” səhifəsində ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat verib.
Ölənin 89 yaşı olduğu bildirilib.
Bu, koronavirusdan Ermənistanda qeydə alınan 4-cü ölüm faktıdır.