Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 517 yoluxma halı qeydə alınıb, 19 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 10 009, xəstəlikdən ölənlərin sayı isə 158 nəfərə çatıb.
Koronavirusa yoluxan 3427 nəfər sağalıb.