Ermənistan Azərbaycan ordusu qarşısında tamamilə küncə sıxışıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın tanınmış jurnalisti İlya Azar yazıb.
Rusiyalı jurnalist Qarabağda şahid olduğu vəziyyəti qələmə alıb. “Çənub qapısındakı müharibə” başlıqlı yazısında Rusiya və Qərbdən istədiyi dəstəyi ala bilməyən Ermənistanın çətin vəziyyətdə olduğunu, küncə sıxışdığını və itkilərini qara piyarla gizlətməyə çalışdığını yazıb. Bölgədə yaşayanların şahidliyinə istinad edən jurnalist, ermənilərin itkilərini gizlətdiyini açıqlayıb.
Rəsmi İrəvan isə qəzetində ermənilərin müharibə yalanlarını ifşa edən jurnalistin akkreditasiyasını ləğv edib və ölkəyə daxil olmasına qadağa qoyub.
Vəziyyəti sosial medya hesabından açıqlayan rusiyalı jurnalist İrəvan hakimiyyətinə etiraz edib, onların Qarabağda baş verənləri qabartmağa səy göstəridyini də vurğulayıb.