Dünyanın ən böyük səsyazma şirkəti olan Universal Music Group-un prezideti Luçian Qreyndj koronavirusa yoluxub.
Lent.az-ın məlumatına görə, bu barədə “Variety” nəşri xəbər yayıb.
Xəbərdə bildirilir ki, 60 yaşlı Qreyndj Los-Ancelesdəki klinikaların birində müalicə olunur. Universal Music Groupin Santa Monika şəhərində yerləşən ofisi də bu səbəbdən bağlanıb.