Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martın 21-nə olan məlumatına görə, dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 234 minə çatıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adan Qebreyesus bildirib.
O qeyd edib ki, virusa yoluxanlardan, təxminən 10 min nəfər dünyasını dəyişib.
***
20 mart, 22:15
Bu günə qədər dünyada 210 mindən çox insan koronavirusa yoluxub, 9 mindən çox ölüm hadisəsi qeydə alınıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus aşıqlamasında bildirib.
O qeyd edib ki, hər bir ölüm bir faciədir: “Virusun yayılmasını dayandırmaq üçün səylərimizi artırmalıyıq. Virusa qarşı mübarizədə mümkün olan hər şeyi etməliyik”.