Dünyada hər 15 saniyədə bir nəfər ölür – Reuters
05 avqust 2020 19:43 (UTC +04:00)

Dünyada hər 15 saniyədə bir nəfər ölür – Reuters

Dünyada koronavirusdan ölənlərin sayı 700 mini keçib. 

Lent.az xəbər verir ki, bunu Reuters agentliyi öz hesablamasına görə açıqlayıb.

Məlumatda qeyd edilir ki, ABŞ, Braziliya, Hindistan və Meksika COVID-19-dan ən yüksək ölüm sayına görə lider ölkələr mövqeyini tuturlar.

Agentlik son iki həftənin hesablamasına əsaslanaraq bildirir ki, hər sutkada koronavirusdan 5900-ə yaxın insan həyatını itirir. Başqa sözlə, hər saat 247 və 15 saniyədən bir bir nəfər ölür. 

ABŞ prezidenti Donald Tramp bir az əvvəl bəyan edib ki, koronavirusun yayılması ölkədə nəzarət altındadır. Agentlik isə qeyd edir ki, ABŞ-da koronavirusdan artıq 155 mindən çox adam ölüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2626
avatar

Oxşar yazılar