Çinin Hubey əyalətində 1696 nəfər koronavirusun qurbanına çevrilib
17 fevral 2020 04:02 (UTC +04:00)

Çinin Hubey əyalətində 1696 nəfər koronavirusun qurbanına çevrilib

 

Çinin mərkəzində yerləşən Hubey əyalətində bu günədək koronavirusun yeni növünə yoluxanların sayı 58,1 min nəfəri keçib, onlardan 1696 nəfəri ölüb, 6639 nəfər isə ölümcül virusdan xilas olunub.

APA xəbər verir ki, bu barədə regionun Gigiyena və Səhiyyə Komitəsi bildirib.

Qeyd edək ki, bazar günü yerli rəsmilər 56,2 mindən çox virus daşıyıcısının, 1596 nəfər ölənən və 5623 nəfər sağalanların olması barədə məlumat verib. Yenilənmiş son məlumatlara görə, Hubeydə rəsmi ölüm səviyyəsi 2,83%-dən 2,91%-ə yüksəlib.

Açıqlamada bildirilir ki, pnevmoniyanın əsas mənbəyi hesab olunan Hubeyin Uhan inzibati mərkəzində virusa yoluxmuş insanların sayı 41,1 min nəfəri keçib. İkinci və üçüncü yerlərdə Syaoqan və Huanqan qərarlaşıb, burada yoluxmuşların sayı müvafiq olaraq təxminən 3,2 min və 2,8 min nəfərdir. Bölgənin digər dörd şəhərində isə göstərici 1 mindən çoxdur.

Həkimlərin sözlərinə görə, Hubeydə virusa yoluxmuş 8 mindən çox insanın vəziyyəti ağır, 1,7 mindən çoxunun vəziyyəti isə olduqca kritikdir. Həmçinin yoluxmuş insanlarla yaxın təmasda olan 71,6 minə yaxın sakin hazırda həkimlərin nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1594
avatar

Oxşar yazılar