Çeçenistanda koronavirus aşkarlanan yaşlı qadın vəfat edib.
Lent.az xarici Lenta.ru-ya istinadla bildirir ki, bu respublikada qeydə alınan ilk ölüm faktıdır.
82 yaşlı qadının Çeçenistana Moskvadan gəldiyi bildirilir.
Aprelin 1-nə olan məlumata görə, Çeçenistanda koronavirusa bir yoluxma qeydə alınıb.
Martın 28-dən respublika ərazisində karantin tədbirləri sərtləşdirilib. Buna görə adminstrativ sərhədlər vasitəsilə hərəkət, eləcə də respublika daxilində gediş-gəliş və Qroznıya giriş məhdudlaşdırılıb.
Çeçenistanın rəhbəri Ramzan Kadırovun sözlərinə görə, koronavirusa qarşı mübarizə tədbirləri “Koronavirusa ölüm!” şüarı ilə reallaşdırılır.