COVID-19-un ikinci dalğası - İnanılmaz SORĞU
24 iyun 2020 10:01 (UTC +04:00)

COVID-19-un ikinci dalğası - İnanılmaz SORĞU

“Guardian” qəzetinin avstraliyalılar arasında keçirdiyi sorğunun nəticələrinə görə, onlar COVID-19 pandemiyasının ikinci dalğasını gözləyirlər.

Lent.az xəbər verir ki, sorğu iştirakçılarının yalnız 13 faizi bu ehtimalın olmayacağına inanıb.

Sorğuya əsasən, avstraliyalılar normal həyata tezliklə qayıdacaqlarına inanmırlar. Onların işsizlik barədə də rəyləri ürəkaçan deyil. Respondentlərin 70 faizi işsizliklə bağlı vəziyyətin düzəlməsi üçün bir il vaxt lazım olacağı qənaətindədir. Avstraliyanın Statistika Bürosu aprel-may aylarında 227 min insanın iş yerlərini itirdiyi barədə məlumat yayıb.

Qəzet yazır ki, COVID-19 xəstələrinin sayında artım Viktoriya ştatında tətbiq edilən fövqəladə halın yenidən və ən azı 4 həftə uzadılmasına səbəb olub. Baş Nazir qeyd edib ki, əgər dövlətlər qadağaları aradan qaldırsalar yoluxma sayında artım davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3271
avatar

Oxşar yazılar