Türkiyədə İstanbuldan Muş vilayətinə toya gedən avtomobilin qəzaya düşməsi nəticəsində bəy də daxil olmaqla, 3 nəfər dünyasını dəyişib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muşa gedən avtomobil Kaysəri yolunda tırla toqquşub.
Nəticədə bəy və daha iki nəfər qəzada ölüb, ikisi isə yaralanıb. Qəzaya düşən avtomobil tırın altına girib və bir müddət sürüklənib. Nəticədə tamamilə yararsız hala düşən maşında sıxışıb qalan 35 yaşlı Fırat Taşkın və 32 yaşlı Yetkin Çimənli ölüb. Tırın sürücüsü isə aparıldığı xəstəxanada həyatını itirib.