Avstraliyada koronavirusun yayılmasından sonra spirtli içkilərə tələbat artıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə spirtli içkilərə yaranan tələb səbəbindən artan satışların qarşısını almaq üçün yeni qərar verilib.
Bununla əlaqədar ölkənin bir sıra əyalətlərində, məşhur supermarketlər tərəfindən spirtli içki satışına məhdudiyyət qoyulub. Bir insan, sadəcə ya 48 pivə, ya 12 şüşə şərab, ya da 2 butulka distillə edilmiş spirtli içki ala biləcək.