Qırğızıstan milisinin əməkdaşları koronavirusa görə elan edilən komendat saatını pozanları saxlamaq üçün havaya atəş açmalı olublar.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, insident paytaxt Bişkəkdə qeydə alınıb.
Məlumata görə, paytaxt ətrafındakı blokpostlardan birində milis əməkdaşı “Toyota” maşınını saxlamağa cəhd edib. Maşında yaşları 30-a qədər olan iki kişi müqavimət göstərməyə cəhd edib. Bu səbəbdən milislər iki dəfə havaya atəş açıblar və qanun pozucuları saxlanılıblar.
Ötən gecə 145 qanun pozucusu saxlanılıb. Onlar gecəni milis şöbələrində keçiriblər.
Bu ölkədə karantini pozanlar atəş açmaqla saxlanılır
2602