İtaliyada koronavirusa yoluxan həkimlərin sayı 10 mini keçib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli xəstəxanaların tibb işçilərinin həmkarlar ittifaqı - "Anaao-Assomed"in məlumatında bildirilir.
Bu rəqəm ölkədəki həkimlərin təxminən 20 faizini təşkil edir. Bir çox italiyalı tibb işçiləri hazırda intensiv terapiya şöbələrində müalicə alırlar.
"Fnomceo" italiyalı həkimlərin professional assosiasiyası isə iki həmkarlarının koronavirusa yoluxduğunu qeyd edib.
Hazırda ölkədə epidemiyadan ölən həkimlərin sayı 69 nəfər təşkil edir. İtaliya Avropada koronavirusun yayılmasına görə birinci yerdədir.