Britaniyada sakinlərin yarısının koronavirusa yoluxa biləcəyi istisna edilmir
25 mart 2020 06:14 (UTC +04:00)

Britaniyada sakinlərin yarısının koronavirusa yoluxa biləcəyi istisna edilmir

 

“Böyük Britaniyada əvvəllər təxmin ediləndən daha çox insan yeni növ koronavirusa yoluxa bilər”.

APA “Financial Times” qəzetinə istinadən xəbər verir ki, Oksford Universitetinin  mütəxəssisləri həyata keçirdikləri tədqiqatın nəticəsi olaraq bu qənaətə gəliblər. 

Tədqiqat rəhbəri, Nəzəri Epidemiologiya professoru Sunetra Quptanın sözlərinə görə,
dərhal genişmiqyaslı seroloji tədqiqatlara başlanılmalıdır: “Hər birimizi hazırda epidemiyanın hansı mərhələsində olduğumuzu qiymətləndirmək üçün yoxlamaq lazımdır".

Oksford mütəxəssisləri nəticələrin hələ tam təsdiqlənmədiyini vurğulasalar da, qeyd edirlər ki, görüləcək tədbirlər əhalinin əhəmiyyətli bir hissəsinin toxunulmazlığını təmin edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561
avatar

Oxşar yazılar