Bu ilin noyabr ayında Şotlandiyanın Qlazqo şəhərində keçiriləcəyi nəzərdə tutulmuş BMT-nin “COP26” iqlim sammiti koronavirus pandemiyası səbəbindən gələn ilədək təxirə salınıb.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Britaniya hökuməti bu il keçirilməsi planlaşdırılan sammitin 2021-ci ildə baş tutacağını bildirib.