BMT Baş katibi Antonio Quterreş ölkələrə çağırış edib.
APA-nın xəbərinə görə, bu barədə BMT Baş katbi "Twitter" hesabında bildirib.
"Hamımız koronavirusun ümumi təhlükəsi ilə üzləşirik. Birlikdə hələ də COVID-19 pandemiyasının gedişatını dəyişə bilərik, bunun üçün hərəkətsizliyi aradan qaldırmaq, qətiyyətlə və stiqmadan uzaq bir şəkildə irəliləmək lazımdır.
İndi hər bir hökuməti öz səylərini artırmağa çağırıram!", - deyə Antonio Quterreş bildirib.