Birləşmiş Ərəm Əmirliyinin şimal-şərqində yerləşən Əcman Əmirliyinin sənaye zonasında – “Xalq bazrı”nda güclü yanğın baş verib.
APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə "Emirati Al-Khaleej" qəzeti məlumat yayıb.
Bildirilib ki, Alov böyük bir ərazini əhatə edib. Hazırda Əmirliyin Mülki Müdafiə Qüvvələrinin yanğınsöndürmə briqadaları yanğının qarşısını almağa çalışır.
Qeyd edilib ki, BƏƏ-də 50 dərəcədən yuxarı temperaturla müşayiət olunan yay fəslində şiddətli yanğınlara az rast gəlinmir.