Almaniyanın Qessen federal torpağının maliyyə naziri Tomas Şeferin meyiti tapılıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, xilasetmə xidmətinin əməkdaşları onun meyitini martın 28-də Hohhaym Mayn şəhərindəki dəmir yolu xəttində aşkar ediblər.
Müstəntiqlər Şeferin özünü öldürdüyünü ehtimal edirlər. Siyasətçinin 54 yaşı vardı.
Şefer 2010-cu ildən Qessenin maliyyə naziri işləyirdi. Onu federal torpağın indiki baş naziri Bufenin varisi hesab edirdilər.