Almaniyada koronavirus infeksiyasından ölən xəstələrin sayı 1153, yoluxanların sayı isə 85439 nəfər olub.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə və sosial işlər nazirliyinin hesabatına əsasən, N-tv kanalı məlumat yayıb.
Ölkədə koronavirus infeksiyasının yayılmasının episentri Bavariyadır. Sonrakı yerlərdə Şimali Reyn-Vestfaliya və Baden-Vurttemberq şəhərləridir. Ümumilikdə bu günədək 23800 nəfər sağalıb.
Qeyd edək ki, Almaniyada gündə, təxminən 150 nəfər ölür, 5500 nəfər isə yeni virusa yoluxur.